“Liverpul”un baş məşqçisi 80 min avro cərimə olundu

“Liverpul”un baş məşqçisi Arne Slot “Everton”la son oyundan sonra cəzalandırılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis iki oyunluq diskvalifikasiya edilib və həmçinin, 80 min avro cərimə ödəməli olacaq.

Slot final fitindən sonra hakimlərə qarşı xoşagəlməz davranışa və təhqiramiz ifadələrə görə cəzalandırılıb.

Mersisayd derbisi 2:2 hesabı ilə başa çatıb. İngiltərə Premyer Liqasının turnir cədvəlinə ən yaxın izləyicisini 11 xal qabaqlayan “Liverpul” başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button