“Bu epizodda onlar nə iş görürdülər?” – Klopp
“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqada “Tottenhem”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 2:2 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Komandam sona qədər mübarizə apardı. Oyunun ilk hissəsində yaxşı çıxış etdik. İkinci hissədən çox da məmnun qalmadım. Rəqib bizdən daha yaxşı görünürdü.
Oyuna təsir edən bir çox amillər var idi. Oyunun baş hakimi Pol Tirniyə bir neçə sualım var. Harri Keynin epizodunda “qırmızı” yox idi? Endryu Robertson sərt müdaxilə etmişdi və ona verilən qırmızı vərəqə düzgün idi. Bəs nə üçün Keynə “qırmızı” verilmədi? Bizim VAR-ımız (video köməkçi hakim) var. Bu epizodda onlar nə iş görürdülər?”
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin