Klopp: “İlk 15 dəqiqədə qol vursaydıq…”
“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”a qarşı keçirdikləri matçdan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan alman mütəxəssis, 0:0 hesabıyla bitən görüşü belə şərh edib:
“Oyuna çox yaxşı başladıq və qol imkanları yaratdıq. İkinci hissədə “Real” daha çox oyuna nəzarət etdi. Vəziyyət getdikcə daha çətinləşdi. İlk oyunda Madriddə buraxdığımız üçüncü qol bizim üçün böyük məyusluq yaratdı. Cavab oyununda ilk 15 dəqiqədə qol vursaydıq, hər şey başqa cür olardı.
Növbəti mövsümdə Çempionlar Liqasında iştirak etmək istəyirik. Biz “Liverpul”uq, bu turniri çox sevirik. Burda iştirak etmək bizim üçün çox vacibdir”.
“Liverpul” Çempionlar Liqasının 1/4 final mərhələsində iki oyunun nəticəsinə görə “Real”a uduzaraq, turnirlə vidalaşıb (ilk oyun 1:3, cavab matçı 0:0).
Bizi Facebook-da izləyin