Klopp: “Bir futbolçu getmək istəyirsə, onu komandada məcbur saxlamaram”
“Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, mövsümün sonunda komandadan ayrılmaq istəyən futbolçuları saxlamağa çalışmayacağını deyib:
“Bunu illər əvvəl də demişdim, bir futbolçu Çempionlar Liqasında oynamayacağıq deyə komandada qalmaq istəmirsə, mən də onu istəmərəm. Bu, şəxsi bir şey deyil. Bir futbolçu getmək istəyirsə, onu komandada məcbur saxlamaram”.
“Liverpul” Premyer Liqada 7-ci sıradadır. Mersisayd təmsilçisinin futbolçusu Məhəmməd Salahın yayda komandadan ayrılacağı iddia olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin