“Liverpul”un Aleksander-Arnoldu saxlamaq şansı yoxdur”

“Tottenhem”in keçmiş baş məşqçisi Tim Şervud Trent Aleksander-Arnoldun “Liverpul”dakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis Trentin klubdan gedəcəyini bildirib:

“Düşünürəm ki, Trent gedəcək. O, mersisaydlılarla hər şeyi qazandı və indi “Real” qapını döyür… O, “Liverpul”da əla idi. Amma indi deyərdim ki, onların onu saxlamaq şansı yoxdur”.

Aleksander-Arnoldun “qırmızılar”la müqaviləsi cari mövsümün sonunda başa çatacaq. “Real” onu öz sıralarına cəlb etmək niyyətindədir.

26 yaşlı ingiltərəli müdafiəçi karyerası boyunca “Liverpul”da oynayıb. O, doğma klubunda bütün turnirlərdə 321 oyun keçirib, 19 qol vurub və 83 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button