“Üçüncü qoldan sonra əsəbiləşdim” – “Liverpul”un kapitanı

“Liverpul”un kapitanı Cordan Henderson UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real”la oyununu (2:5) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qarşılaşmanın qırılma nöqtəsi haqda danışıb:

“İlk hissədə çox yaxşı oynadıq. Fasiləyə bərabərliklə getməyimiz çox təəssüf doğurur. Səhvlər etdik, “Real” bizi cəzalandırdı.

Rəqibin vurduğu ikinci qol səhv nəticəsində oldu. Üçüncü qoldan sonra əsəbiləşdim. Məhz ondan sonra oyun qırıldı”.

“Liverpul”la “Real” arasında cavab oyunu martın 15-də, Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button