“Liverpul”u tənqid etdi – keçmiş futbolçusu

“Liverpul”un keçmiş hücumçusu Dirk Kuyt mersisaydlıların son mövsümdəki çıxışını uğursuz adlandırıb.

Komanda.az “Metro”-ya istinadən xəbər verir ki, niderlandlı keçmiş futbolçu hər şeyə may ayında qərar verildiyini bildirib:

“Liverpul”un son mövsümdəki çıxışı uğursuzdur. Onlar yaxşı futbol oynayırlar, amma hər şeyə may ayında qərar verilməlidir. “Liverpul” isə bunu bacarmadı”.

Dünən Yurgen Kloppun yetirmələri Çempionlar Liqasının finalında “Real”a 0:1 hesabı ilə məğlub olub.

“Liverpul” 2021/22 mövsümündə Liqa kubokunu və İngiltərə kubokunu qazanıb. “Qırmızılar” Premyer Liqada çempion “Mançester Siti”dən 1 xal geri qalaraq, mövsümü ikinci pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button