“Liverpul”un futbolçusu “Real”a keçməyə razılıq verib

“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold “Real”a keçmək qərarına gəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu “kral klubu”na azad agent kimi keçməyə razılıq verib.

Aleksander-Arnold və “Liverpul” arasında hazırkı müqavilə gələn ilin yayında başa çatacaq. O, “qırmızılar”ın akademiyasının yetirməsidir və 2016-cı ildən komandanın əsas heyətində çıxış edir.

26 yaşlı müdafiəçi İngiltərə Premyer Liqasının cari mövsümündə 7 oyun keçirib, 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button