“Liverpul” xal itirəcək” – Sabiq futbolçu

“Arsenal”ın sabiq hücumçusu Pol Merson “Everton” – “Liverpul” matçındakı heç-heçəyə münasibət bildirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, “qırmızılar”ın növbəti oyunlarda da xal itirəcəyini söyləyib:

“Bu, “Everton” və “Arsenal” üçün əla nəticədir. Tarkovski vurduğu qolla çempionluq yarışında intriqanı yaşatdı. “Liverpul”un hazırda çoxlu zədəlisi var, amma şansları da var. Onları “Aston Villa”, “Mançester Siti” və “Nyukasl”la çətin oyunlar gözləyir. Onlar xal itirəcəklər”.

Görüş 2:2 hesabı ilə başa çatıb.

“Arsenal” İngiltərə çempionatının 24 turundan sonra 50 xal toplayıb və turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Liverpul” isə 57 xalla turnir cədvəlinin lideridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button