“Liverpul”dan ayrılan futbolçu Almaniya yolunda
“Liverpul”la yollarını ayıran Corcinyo Veynaldum karyerasını Almaniyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Bavariya” klubuna keçməyə yaxındır. Bu barədə italyan jurnalist Nikola Skira “tvitter” səhifəsində məlumat yayıb. O, “Bavariya”nın Veynalduma 3+1 şərti ilə müqavilə təklif etdiyini bildirib. Tərəflər arasında danışıqlar davam edir.
Veynaldumla İspaniyanın “Barselona” klubu da yaxından maraqlanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin