“Bavariya” “Liverpul”un futbolçusunu bəyənmədi
“Liverpul”la müqaviləsi mövsümün sonuna qədər olan Corcinyo Veynaldum menecerlər vasitəsilə Almaniyanın “Bavariya” klubuna təklif olunub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Münhen təmsilçisi niderlandlı futbolçunu heyətinə qatmaqda maraqlı olmayıb. Belə ki, “Bavariya” Veynaldumu yaşı və yüksək maaşı səbəbiylə komandaya cəlb etmək istəmir.
“Liverpul”la müqaviləsini yeniləməyən Veynaldumla İspaniyanın “Barselona” klubu da yaxından maraqlanır.
30 yaşlı yarımmüdafiəçi bu mövsüm 43 oyunda 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin