“Liverpul”la “Arsenal”dan heç-heçə

İngiltərə Premyer Liqasında 18-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 6 görüş baş tutub.

“Mançester Yunayted” səfərdə “Vest Hem”ə, “Fulhem” evdə “Börnli”yə, “Nottingem Forest” isə “Bornmut”a məğlub olub. “Luton Taun” “Nyukasl”a, “Tottenhem” “Everton”a qalib gəlib. “Liverpul”la “Arsenal”ın oyununda isə heç-heçə qeydə alınıb.

Turun “Mançester Siti” – “Brentford” qarşılaşması “şəhərlilər”in FİFA Klub Dünya Kubokundakı iştirakı ilə əlaqədar təxirə salınıb.

İngiltərə Premyer Liqası
18-ci tur

21 dekabr

Kristal Pelas – Brayton 1:1
Qollar: Ayyu, 45+1 – Uelbek, 82.

22 dekabr

Aston Villa – Şeffild Yunayted 1:1
Qollar: Zaniolo, 90+8 – Arçer, 87.

23 dekabr

Vest Hem – Mançester Yunayted 2:0
Qollar: Bouen, 72. M.Kudus, 78.

Fulhem – Börnli 0:2
Qollar: Odober, 47. Berge, 66.

Luton Taun – Nyukasl 1:0
Qol: Taunsend, 25.

Nottingem Forest – Bornmut 2:3
Qollar: Elanqa, 47. Vud, 74 – Solanke, 51; 58; 90+4.

Tottenhem – Everton 2:1
Qollar: Riçarlison, 9. Son, 18 – A.Qomes, 82.

Liverpul – Arsenal 1:1
Qollar: Salah, 29 – Qabriel, 4.

24 dekabr

17:00. Vulverhempton – Çelsi

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button