İspaniyalı futbolçu “Liverpul”un təklifinə təəccüblənib
“Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Subimendi İngiltərə Premyer Liqasına keçiddən imtina etdiyinə görə peşman deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Liverpul”dan gələn təklifin onu təəccübləndirdiyini söyləyib:
“Mən tətildə idim və bu məni təəccübləndirdi. Mən belə bir şey planlaşdırmamışdım. Mənim üçün asan vaxt deyildi. Bütün müsbət və mənfi cəhətləri ölçüb-biçdikdən sonra qərara gəldim ki, qalmaq daha yaxşıdır. Həyatda yalnız bir dəfə gələn fürsətlərə inanmıram. Siz yaxşısızsa və həqiqətən nəyisə istəyirsizsə, gec-tez buna nail olacaqsız. Tələsməyə ehtiyac yoxdur. O qədər də çətin qərar deyildi. Bilirdim ki, “Real Sosyedad”da vacib bir mövsüm keçirdim. Qalmaq üçün bir çox səbəb var idi”.
İspaniyalı futbolçu bu yay “Liverpul”dan təklif alsa da, rədd cavabı verib.
Bizi Facebook-da izləyin