“Liverpul”dan ayrılan futbolçu rəsmən “Verder”də
Almaniyanın “Verder” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin “Liverpul” klubundan azad agent kimi ayrılan Nəbi Keytanı heyətinə qatıb.
Qvineyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Keyta “Liverpul”a 2018-ci ildə Almaniyanın digər klubu “Leypsiq”dən keçmişdi. 28 yaşlı futbolçu daha öncə “Zalsburq” və “İstr” kimi klublarda da oynayıb. O, Qvineya millisində də 52 oyuna 12 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin