
“Liverpul”dan 3 aylıq müqavilə
“Liverpul” klubu Yorq Şmadtkeni üç ay müddətinə transfer məsləhətçisi təyin edib.
Komanda.az “Wolfsburger Allgemeine Zeitung”-a istinadən xəbər verir ki, 59 yaşlı alman mütəxəssis artıq “Liverpul”la müqavilə imzalayıb və mayın 26-da Liverpula gələcək.
Əvvəlcə Şmadtkenin İngiltərə klubunda idman direktoru olacağı planlaşdırılırdı. Lakin o, məsləhətçi ilə eyni səlahiyyətlərə sahib olacaq.
Yay transfer pəncərəsindən sonra “Liverpul” Şmadtke ilə müqaviləni uzadıb-uzatmayacağına qərar verəcək.
Şmadtkenin son iş yeri “Volfsburq” olub. O, həmçinin “Köln”, “Hannover” və “Alemannia” kimi klublarda işləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin