“Liverpul”dan 20-ci çempionluq!

İngiltərə Premyer Liqasında 34-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.

“Bornmut” – “Mançester Yunayted” matçında qalib müəyyənləşməyib. “Liverpul” isə evdə “Tottenhem”ə böyük hesabla qalib gəlməklə çempionluğu rəsmiləşdirib. Xallarının sayını 82-yə çatdıran “qırmızılar” sona 4 tur qalmış əsas izləyicisi “Arsenal” (67 xal) üçün əlçatmaza çevrilib. Bu, “Liverpul”un tarixində 20-ci çempionluqdur.

İngiltərə Premyer Liqası
34-cü tur
22 aprel

Mançester Siti – Aston Villa 2:1
Qollar
: B.Silva, 7. M.Nunyes, 90+4 – Raşford, 18-pen.

23 aprel

Arsenal – Kristal Pelas 2:2
Qollar
: Kivyor, 3. Trossard, 42 – Eze, 27. Mateta, 83.

26 aprel

Çelsi – Everton 1:0
Qol
: N.Cekson, 27.

Brayton – Vest Hem 3:2
Qollar
: Ayari, 13. Mitoma, 89. Baleba, 90+2 – M.Kudus, 48. Souçek, 83.

Nyukasl – İpsviç Taun 3:0
Qollar
: A.İsak, 45+4-pen. Börn, 56. Osula, 80.

Sauthempton – Fulhem 1:2
Qollar
: Stefens, 14 – S.Rou, 72. Sessenyon, 90+2.

Vulverhemtpon – Lester Siti 3:0
Qollar
: Kunya, 33. Larsen, 56. R.Qomes, 85.

27 aprel

Bornmut – Mançester Yunayted 1:1
Qollar
: Semenyo, 23 – Hoylund, 90+6.

Liverpul – Tottenhem 5:1
Qollar
: L.Dias, 16. Makallister, 24. Qakpo, 34. Salah, 63. Udoqi, 69-öz qapısına – Solanke, 12.

1 may

22:30. Nottingem Forest – Brentford

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button