
“Liverpul”dan 10-cu zəfər!
İngiltərə Liqa Kubokunun qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, Londondakı “Uembli” stadionunda baş tutmuş final matçında “Liverpul” “Çelsi”ni əlavə vaxtda 1:0 hesabı ilə məğlub edib.
Yeganə qolu 118-ci dəqiqədə Vircil van Deyk vurub.
Bununla da “Liverpul” 10-cu dəfə Liqa Kubokunu qazanıb. Sözügedən komanda turnirdəki qələbələrin sayına görə rekorda sahibdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin