“Liverpul”da yeni müqavilə
İngiltərənin “Liverpul” klubu yarımmüdafiəçisi Harvi Elliotla yeni müqavilə bağlayıb.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. Amma Britaniya mətbuatı ingilis yarımmüdafiəçinin azı 2027-ci ilin yayına kimi bu komandanın uğurları üçün çalışmağa davam edəcəyini açıqlayıb.
Elliot 2019-cu ildə “Fulhem”dən “Liverpul”a transfer olunub. O, bu klubun əsas komandasının heyətində 22 oyuna çıxıb, 1 qol vurub. “Liverpul” gənc vingeri 2020/21 mövsümündə “Blekbern”ə icarəyə də verib. O, bu komandanın da heyətində 42 matç keçirib, 7 qol vurub. Elliot İngiltərənin U-21 yığmasına da dəvət alır.
“Liverpul” digər gənc yarımmüdafiəçisi Leyton Klarksonu da Şotlandiyanın “Aberdin” klubuna icarəyə verib. 20 yaşlı futbolçunun 2022/23 mövsümünün sonuna kimi sözügedən komandada forma geyinəcəyi açıqlanıb. İngiltərənin gənclərdən ibarət yığmasının üzvü ötən mövsümdə də “Blekbern”də icarədə olub. O, “Liverpul”un əsas komandasında cəmi 3 oyun keçirib.
Bizi Facebook-da izləyin