“Liverpul”da yeni müqavilə

“Liverpul”da növbəti müqavilə rəsmiləşib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi gənc futbolçusu Stefan Bayçetiçlə müqavilənin müddətini uzadıb.

Bu mövsümdən start heyətdə meydana çıxmağa başlayan yarımmüdafiəçi, yeni müqaviləyə əsasən 2027-ci ilin yayınadək “Liverpul” forması geyəcək.

İspaniya vətəndaşlığı da olan 18 yaşlı serb yarımmüdafiəçi 2021-ci ilin yanvarında “Selta”dan “Liverpul”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button