
“Liverpul”da yeni müqavilə
İngiltərə çempionu “Liverpul” gənc futbolçusu Kurtis Consla müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
19 yaşlı yarımmüdafiəçi mersisaydlılarla 2025-ci il iyunun 30-dək sözləşmə imzalayıb.
İngilis futbolçu “qırmızılar”ın yetirməsidir. Kurtis bu mövsüm əsas komandada 8 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub. O, İngiltərənin U-19 yığmasının da üzvüdü.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin