“Liverpul”da qalmaq üçün yaxşı səviyyədə olduğumu bilirəm” – Karius
“Beşiktaş”la icarə müqaviləsini ləğv edərək, “Liverpul”a qayıdan Loris Karius açıqlama verib.
Komanda.az xəbər verir ki, “transfermarkt”a danışan alman futbolçu, “qırmızılar”dan ayrılmaq niyyətində olmadığını bildirib:
“Kuboklar üçün mübarizə aparan və hər gün yüksək səviyyədə məşq etdiyim klubdayam. “Liverpul”u daha aşağı səviyyəli komanda üçün tərk edəcəyimi demək məntiqli deyil. Təzyiq altında deyiləm, İngiltərədə hətta ikinci qapıçı kimi şansımın olduğunu anlayıram. “Liverpul”da qalmaq üçün yaxşı səviyyədə olduğumu bilirəm. Burda əla şərtlər var”.
Daha əvvəl Mersisayd klubunun Kariusun xidmətində maraqlı olmadığı barədə xəbərlər yayılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin