
“Liverpul”da daha iki il qala bildiyim üçün qürur duyuram” – Van Dayk
“Liverpul”un kapitanı və mərkəz müdafiəçisi Vircil van Dayk İngiltərə klubu ilə müqavilə müddətinin uzadılması haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu klubla iki illik müqavilə imzaladığı üçün xoşbəxt olduğunu deyib:
“Çox xoşbəxtəm. Müqavilənin uzadılması faktı haqqında danışanda beynimdən o qədər fikir və emosiya keçir… Bu, sadəcə olaraq inanılmazdır. “Liverpul”da daha iki il qala bildiyim üçün şadam və qürur duyuram. Möhtəşəm hisslərdir. Heç vaxt nə etmək lazım olduğuna şübhə etmirdim. Ağlımda olan yeganə variant “Liverpul” idi”.
Van Dayk 2018-ci ilin yanvarından “qırmızılar”da çıxış edir. O, bu müddət ərzində İngiltərə Premyer Liqasını, bütün ölkə kuboklarını, UEFA Çempionlar Liqasını və Klublararası dünya kubokunu qazanıb.
Bizi Facebook-da izləyin



