“Liverpul”da iki ayrılıq – RƏSMİ
Bir neçə gün öncə UEFA Çempionlar Liqasının qalibi olan İngiltərənin “Liverpul” klubu iki futbolçusu ilə vidalaşıb.
Komanda.az xəbər verir ki, Premyer Liqa nəhəngi hücumçusu Daniel Starric və sol cinah müdafiəçisi Alberto Moreno ilə yolları ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Hər iki futbolçu ilə müqavilənin müddəti başa çatdığı üçün onlar azad agent kimi İngiltərə təmsilçisini tərk ediblər.
Starric “Liverpul”a 2013-cü ildə “Çelsi”dən transfer edilmişdi. O, bu komandada bütövlükdə 160 oyuna çıxıb, 68 qola imza atıb, 26 məhsuldar ötürmə müəllifi olub. “Sevilya”dan alınan Moreno isə 2014-cü ildən çıxış edirdi. O, İngiltərə klubu ilə 141 oyuna çıxıb, 3 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin