“Bu gün evimi tərk edirəm” – FOTO
“Əl-İttihad”ın yarımmüdafiəçisi Fabinyo sosial şəbəkə hesabında paylaşım edib. O, “Liverpul”la vidalaşıb.
Komanda.az xəbər verir ki, braziliyalı futbolçu “Liverpul”u sevdiyini bildirib:
“Bu gün evimi tərk edirəm. Beş il ərzində “Liverpul” formasını şərəf və xoşbəxtliklə geyindim. Bu kluba gəldiyim ilk gündən etibarən çox səmimi münasibət gördüm. “Liverpul”da həm böyüdüm, həm də arzularımı gerçəkləşdirdim. Özümü “qırmızılar”ın ailəsinin bir üzvü kimi hiss etdim.
Azarkeşlərin kluba bu qədər bağlı olmasını bəyənirəm. Onlar həmişə məni heyran ediblər. Bu fikri ürəkdən deyirəm: “Liverpul”u sevirəm! Birlikdə yaşadığımız hər bir xatirə üçün kluba çox təşəkkür edirəm!”
Fabinyo 2018-ci ildən Mersisayd təmsilçisinin formasını geyinirdi. Bu müddətdə o, 219 oyunda 11 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin