“Liverpul”da daha bir ciddi itki
İngiltərə çempionu “Liverpul” daha bir futbolçusunun xidmətindən məhrum olub.
Komanda.az xəbər verir ki, “qırmızılar”ın sol cinah müdafiəçisi Endyru Robertson zədələnib.
UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar Şotlandiya yığmasına dəvət alan futbolçu millinin düşərgəsində sıradan çıxıb. Bu üzdən də o, Slovakiya ilə oyun ərəfəsində yığmanın heyətindən kənarlaşdırılıb. 26 yaşlı futbolçunun durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.
Qeyd edək ki, “Liverpul” son dövrlərdə artıq dördüncü müdafiəçisini itirir. “Everton”la oyunda zədələnən Vircil van Deyk mövsümü erkən başa vurub. “Mançester Siti” ilə görüşdə komandanın digər müdafiəçisi Trent Aleksander-Arnold sıradan çıxıb. 23 yaşlı mərkəz müdafiəçisi Co Qomes də İngiltərə yığmasının heyətində ciddi zədə alıb. Bunlar azmış kimi, Misir yığmasına yollanan Məhəmməd Salahın da koronavirus testi müsbət nəticə verib.
Bizi Facebook-da izləyin