
“Meydanı tərk edərkən, necə ağrıdığını gördük”
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-cü turu çərçivəsində “Napoli” ilə 1:1 hesablı bərabərliyə razılaşan “Liverpul” ciddi itki ilə üzləşib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, “qırmızılar”ın yarımmüdafiəçisi Fabinyo zədələnərək, meydanı erkən tərk edib. 19-cu dəqiqədə zədələnən futbolçunu Corcinyo Veynaldum əvəzləyib.
Komandanın baş məşqçisi Yurgen Klopp oyundan sonra keçirilən mətbuat konfransında Fabinyonun ayaq biləyindən zədələndiyini bildirib:
“Zədənin ciddi olmadığına ümid edirik, amma Fabinyo ayaq biləyindən zədələnib. Meydanı tərk edərkən, necə ağrıdığını gördük. Tibbi müayinədən sonra zədənin nə dərəcədə ciddi olduğunu biləcəyik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin