“Liverpul”da ciddi itki
“Liverpul”un qapıçısı Alisson Bekker zədə səbəbindən növbəti oyunu buraxa bilər.
Komanda.az xəbər verir ki, Mersisayd klubunun baş məşqçisi Arne Slot mətbuat konfransı zamanı Bekkerin zədəsi barədə danışıb:
“Alisson hələ də bu gün məşq edə biləcəyinə şübhə edir, ona görə də, gözləyək. Həkimlə məsləhətləşdikdən sonra onun sabah meydana çıxmağa hazır olub-olmadığını anlayacağıq, yoxsa əlavə bir neçə gün gözləməli olacağıq”.
Niderlandlı çalışdırıcının sözlərinə görə, qapıçının əzələlərində problem var və o, bu gün məşq etməyib. Onun növbəti matçda iştirak edib-etməyəcəyinə həkimlərlə məsləhətləşdikdən sonra aydınlıq gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin