
“Liverpul”da ciddi itki
İngiltərə Federasiya kubokunun 1/32 final mərhələsi çərçivəsində “Everton”a 1:0 hesabıyla qalib gələn “Liverpul” ciddi itki ilə üzləşib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, “qırmızılar”ın yarımmüdafiəçisi Ceyms Milner zədələnib. Oyunun 9-cu dəqiqəsində meydanı tərk edən futbolçunun vəziyyətinin tibbi müayinədən sonra dəqiqləşəcəyi bildirilir. Komandanın baş məşqçisi Yurgen Klopp futbolçunun əzələsində problem yaşandığını deyib:
“Zədənin ciddi olduğunu düşünürük. Milner əzələsindən zədələnib”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin