3 əsas futbolçu “Liverpul”u tərk edə bilər
Gələn yay bir neçə yüksək statuslu oyunçu komandanı tərk edə biləcəyi üçün “Liverpul” yenidən strukturlaşdırıla bilər.
Komanda.az “Caught Offside”-a istinadən xəbər verir ki, Mersisayd klubu üç futbolçunun – hücumçu Məhəmməd Salah, müdafiəçi Vircil van Dayk və qapıçı Alisson Bekkerin gedişini gözləyir. “Qırmızılar” onların Səudiyyə Ərəbistanına keçəcəyinə inanırlar.
Salah və Van Dayk 2025-ci ilin yayında azad agent kimi “Liverpul”u tərk edə bilər. Lakin “Liverpul” Alissonun satışından yaxşı pul qazanmaq istəyir. 31 yaşlı qolkiperin klubla hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin