
“Liverpul” futbolçusu ilə vidalaşmağa hazırlaşır
“Liverpul” ingiltərəli yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberleynlə yolları ayırmağa hazırlaşır.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Liverpul” rəhbərliyi futbolçu ilə müqaviləni yeniləməkdə maraqlı deyil. 2023-cü ilin yayında futbolçu klubu tərk edə bilər.
29 yaşlı yarımmüdafiəçi 2017-ci ilin yayında “Arsenal”dan “Liverpul”a keçib. Bu mövsüm Çemberleyn “Liverpul”un heyətində bütün turnirlərdə 4 oyun keçirib və qol vurmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin