“Liverpul”da “9 nömrə”nin sahibi məlum oldu

Darvin Nunyes “Liverpul”da 9 nömrəli formanı geyinəcək.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidməti Nunyesin yeni mövsümdə Roberto Firminonun gedişindən sonra boşalan 9 nömrəni daşıyacağını bildirib.

Artıq 2023/24 mövsümü üçün ev və səfər formalarını almış bütün “Liverpul” azarkeşləri avqustun 19-dək yeni formaları pulsuz olaraq dəyişdirə biləcəklər. Dəyişdirilə bilən bütün formalar klubun xeyriyyə fonduna bağışlanacaq.

Bundan əvvəl Endi Kerroll, Fernando Torres, Robbi Fauler, Yan Raş, Nikolya Anelka, Cibril Sisse və digər oyunçular “Liverpul”da “9 nömrə”ni daşıyıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button