“Liverpul”a transferi rəsmiləşəcək – bu gün
“Brayton”un yarımmüdafiəçisi Aleksis Makallisterin qarşıdakı saatlarda “Liverpul”a transferi rəsmiləşəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun tibbi müayinəsi uğurlu keçib və o, bu gün “qırmızılar”la müqavilə imzalayacaq.
Argentinalının Mersisayd təmsilçisi ilə 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulan sözləşmə imzalayacağı bildirilir.
Son dünya çempionu 2022/23 mövsümündə “qağayılar”ın heyətində 40 oyuna çıxıb, 12 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin