“Liverpul”a şad xəbər: “Bavariya”nın futbolçusu cəzalandırıldı
“Bavariya”nın futbolçusu Tomas Müllerin Çempionlar Liqasının qrup mərhələsində “Ayaks”a qarşı keçirilən oyunda (3:3) aldığı qırmızı vərəqinin cəzası bəlli olub.
Komanda.az xəbər verir ki, alman futbolçu UEFA tərəfindən 2 oyunluq cəzalandırılıb. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Müller “Bavariya”nın Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”la qarşılaşacağı matçlarda iştirak edə bilməyəcək.
ÇL-də 1/8 final mərhələsinin ilk oyunları 12-13 və 19-20 fevralda, cavab qarşılaşmaları isə 5-6 və 12-13 martda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin