“Liverpul”a gəldiyimdə sanki başqa planetə düşmüşdüm”

“Liverpul”un vingeri Federiko Kyeza İngiltərə Premyer Liqasındakı ilk mövsümündən danışıb.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı futbolçu yeni çempionata uyğunlaşmağın asan olmadığını bildirib:

“26 avqustda “Liverpul”a gəldiyimdə sanki başqa planetə düşmüşdüm. Yeni komanda yoldaşları, tam hazırlıq keçmədən və yoxlama oyunları olmadan başlamaq çox çətin idi. Payızda komanda inanılmaz sürət və intensivliklə çalışırdı, bu, digər komandalardan xeyli yüksək idi. İngilis dilini öyrənirdim, ona görə də ünsiyyət problemi yaşamadım.

İngiltərədə həftədə bir gün oyunçulara istirahət üçün verilir ki, bu da ailə ilə vaxt keçirməyə imkan yaradır. İtaliyada bu praktika mövcud deyil. Komanda adətən, yalnız səfər oyunlarından əvvəl oteldə qalır və səfər öncəsi məşqlər istisna haldır. Bərpa prosesinə və səhnəarxası işlərə xüsusi önəm verilir ki, oyunçular həm meydanda, həm də gündəlik həyatda optimal formada olsunlar”.

Kyeza ötən yay “Yuventus”dan “Liverpul”a 12 milyon avroya transfer olunub. O, Premyer Liqadakı debüt mövsümündə 14 oyunda iştirak edib, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button