“Liverpul” müdafiəçisi üçün yeni müqavilə hazırlayır
“Liverpul” müdafiəçisi Trent Aleksander-Arnold üçün yeni müqavilə üzərində işləyir.
Daha əvvəl 26 yaşlı futbolçunun müqavilələri cari mövsümün sonunda başa çatacaq Məhəmməd Salah və Vircil van Daykla birlikdə “qırmızılar”ın ən yüksək maaş alan oyunçuları sırasında yer almaq istəyi barədə məlumatlar yayılmışdı.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Trentin belə istəkləri barədə məlumatlar həqiqətə uyğun deyil.
Mersisaydlıların yetirməsi komandadakı yerini bilir, maliyyə məsələsi onun üçün əsas rol oynamır.
İngiltərəli futbolçu uğrunda hazırda “Real” mübarizə aparır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin