
“Liverpul” Salahı əvəz edəcək oyunçunu tapıb
“Liverpul” Məhəmməd Salahın komandadan ayrılacağı təqdirdə, yeni cinah oyunçusu transfer edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” “Vest Hem”in futbolçusu Məhəmməd Kudusu yaxından izləyir.
Salahın klubu ilə hazırkı müqaviləsi 2024/2025 mövsümünün sonuna qədərdir.
Kudus ümumilikdə “Vest Hem”in heyətində 54 rəsmi oyun keçirib, 15 qol vurub və 7 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı qanalı futbolçunu 50 milyon avro qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin