
Yaponiyalı futbolçu “Liverpul”da – rəsmi
“Liverpul” klubu “Zalsburq”un futbolçusu Takumi Minaminonun transferini rəsmən açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə “Liverpul”un rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçunun yanvarın 1-dən sonra “Liverpul”da oynayacağı bildirilib. Müqavilənin detalları barədə məlumat verilməyib.
Britaniya mətbuatı yaponiyalı futbolçu ilə 2024-cü ilin yayına kimi müqavilə imzalanacağını yazıb. Bu transferin “Liverpul”a 8,5 milyon avroya başa gəldiyi deyilir.
Minamino yeni klubunda 18 nömrəli formada çıxış edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin