
“Liverpul” yeni hücumçu üçün rekord təklif verməyə hazırlaşır
”Liverpul”un cinah oyunçusu Luis Diasın “Bayern”ə satılması təsdiqləndikdən sonra İngiltərə klubu yaxın vaxtlarda “Nyukasl”ın hücumçusu Aleksander İsak üçün rekord təklif etməyə hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” kolumbiyalı futbolçunun satışından əldə edəcəyi 74,1 milyon avronu İsakın alınmasına yatırmağa hazırdır. İngilislər isveçli hücumçunu əsas transfer hədəfi hesab edirlər.
İsak artıq Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun təklifini rədd edib və “Liverpul”a keçmək arzusunda olduğunu bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin