“Liverpul” xal itirməkdə davam edəcək” – Sabiq futbolçu

Sabiq futbolçu Bakari Sanya “Arsenal”ın hazırkı İngiltərə Premyer Liqasındakı perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “greatoffshoresportsbooks”-a istinadən xəbər verir ki, fransalı keçmiş müdafiəçi, lider “Liverpul”un xal itirməkdə davam edəcəyini bildirib:

“Hələlik “topçular” “Liverpul”dan o qədər də geri qalmayıblar, ona görə də, Premyer Liqa çempionu olmaq şansları var. “Liverpul” xal itirməkdə davam edəcək. Onları çətin matçlar gözləyir, hamısında qalib gələ bilməyəcəklər. “Arsenal” üçün indi ən vacib şey liderdən daha da geri qalmamaqdır”.

Ehtiyatda bir oyunu olan “Liverpul” “Arsenal”ı 6 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button