“Qarabağ”ın rəqibinin baş məşqçisinə 3 illik müqavilə təklif edilib

“Liverpul” rəhbərliyi “Bayer”in (Leverkuzen) çalışdırıcısı Xabi Alonsonu komandanın baş məşqçisi təyin etmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub ispaniyalı mütəxəssisə 3 illik müqavilə təklif edib. Alonso cari mövsümün sonunda “Liverpul”u tərk edəcək Yurgen Kloppun yerinə əsas namizəddir.

Alonso 2022-ci ildən “Bayer”ə rəhbərlik edir. “Bayer” Almaniya çempionatının 23 turundan sonra 61 xalla turnir cədvəlinə başçılıq edir.

“Bayer” Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın rəqibidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button