“Liverpul”dan alman futbolçu üçün 100 milyon avronu aşan təklif

“Liverpul” Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Florian Virts üçün ilk rəsmi təklifini göndərib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” almaniyalı futbolçuya görə bonuslar daxil olmaqla 100 milyon avrodan çox məbləğ təklif edib.

Virts Mersisayd klubunun rəhbərliyinə yalnız “Liverpul”a keçmək istədiyini açıq şəkildə bildirib. Tərəflər arasında danışıqlar hələ davam edir.

22 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 45 oyunda iştirak edərək, 16 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button