“Liverpul” Virtsə görə futbolçusundan imtina etməyə hazırdır

“Liverpul” hücumameyilli yarımmüdafiəçi Florian Virtsin transferi üçün “Bayer”lə danışıqlar aparır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” almaniyalı vinger üçün təxminən 130 milyon avro ödəməyə, həmçinin, yarımmüdafiəçisi Harvi Elliotdan imtina etməyə hazırdır. Bu, Leverkuzen klubunun Virtsin gedişindən 150 ​​milyon qazanmaq istəməsi ilə bağlıdır.

22 yaşlı futbolçu son mövsümdə bütün turnirlərdə 45 oyuna çıxıb, 16 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button