“Liverpul” Vernerdən imtina etdi

“Leyptsiq”in adı bir neçə klubla yanaşı çəkilən futbolçusu Timo Verner “Liverpul”a transfer olunmayacaq.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mersisayd klubu bu transferdən imtina edib. Buna səbəb təzminat məbləğində razılığın əldə olunmamasıdır. Belə ki, “Leyptsiq” Vernerin transferi üçün 55 milyon avro tələb edir, “qırmızılar” isə futbolçu üçün 30 milyondan artıq ödəmək istəmirlər. Koronavirusun yaratdığı maddi durğunluğun yaranmasından sonra “Liverpul” 24 yaşlı futbolçunun transferindən imtina edib.

Vernerin xidmətində “Barselona”, “Bavariya”, “Yuventus” kimi klublar da maraqlıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button