“Liverpul” Van Daykı əvəz edəcək oyunçunu tapıb

“Kristal Pelas”ın və İngiltərə millisinin müdafiəçisi Mark Quehi Premyer Liqanın başqa klubuna keçə bilər.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, “Liverpul” ingiltərəli müdafiəçinin xidmətində maraqlıdır. “Qırmızılar” onu Vircil van Daykın uzunmüddətli əvəzləyicisi hesab edirlər.

24 yaşlı futbolçu cari mövsümdə 7 oyun keçirib. Onun hazırkı klubu ilə arasındakı müqavilə 2026-cı ilin iyun ayının sonuna kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button