
“Liverpul” braziliyalı hücumçu ilə maraqlanır
“Brayton”un hücumçusu Joao Pedro yay transfer pəncərəsində klubunu dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı forvardın transferində “Liverpul” və “Nyukasl” maraqlıdır. Pedronun transfer dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.
23 yaşlı futbolçu bu mövsüm “Brayton”da 30 oyuna çıxıb, 10 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



