MY və “Liverpul”un hədəfindəki futbolçu
“Fulhem”in müdafiəçisi Antoni Robinson İngiltərə Premyer Liqasının iki nəhənginin hədəfinə çevrilib.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, amerikalı futbolçunu “Liverpul” və “Mançester Yunayted” hədəf alıb.
“Transfermarkt” portalı tərəfindən 25 milyon avro qiymətləndirilən ABŞ millisinin oyunçusunun transferi yanvarda baş tuta bilər.
27 yaşlı müdafiəçi 2020-ci ilin yayından “Fulhem”də çıxış edir. O, bu komandada bütün turnirlərdə 156 oyun keçirib, 3 qol vurub və 14 məhsuldar ötürmə edib. Onun londonlularla hazırkı müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin