
“Liverpul” İspaniya millisinin üzvü ilə maraqlanır
İspaniya millisinin və “Atletik”in hücumçusu Niko Uilyamsın İngiltərə Premyer Liqasında oynamaq imkanı var.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” 22 yaşlı futbolçu ilə maraqlanır. İngiltərə klubunun rəhbərliyi bu transfer üçün hər şeyi etməyə hazırdır.
Daha əvvəl mətbuatda İngiltərədən “Arsenal”ın və “Mançester Yunayted”in də İspaniya millisinin üzvünə maraq göstərdiyi bildirilirdi.
Uilyams bu mövsüm İspaniya çempionatının 24 oyununda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



