“Liverpul” macarıstanlı futbolçu ilə anlaşıb
“Leyptsiq”in yarımmüdafiəçisi Dominik Soboslai “Liverpul”a keçib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Mersisayd təmsilçisi ilə 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.
“Qırmızılar” macarıstanlı futbolçunun 70 milyon avroluq sərbəstqalma məbləğini də ödəməyə hazırdır. Soboslai Premyer Liqa təmsilçisinə qoşulmaq üçün tibbi müayinədən keçib.
Futbolçunun Almaniya klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
O, 2022/23 mövsümündə “Leyptsiq”in heyətində bütün turnirlər daxil olmaqla 46 oyuna çıxıb, 10 qol vurub və 13 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin