“Liverpul” Virts üçün ilk addımı atıb

“Liverpul” Florian Virtsin transferi üçün Leverkuzen “Bayer”inə ilk rəsmi təklifini təqdim edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” almaniyalı yarımmüdafiəçi üçün hazırladıqları təklifdə 100 milyon avrodan çox vəsait, üstəlik bonuslar nəzərdə tutub.

Klublar bu gün danışıqları davam etdirəcək. “Liverpul” transferi mümkün qədər tez yekunlaşdırmaq niyyətindədir. Bildirilir ki, Virts artıq “Bayer” rəhbərliyinə yalnız “Liverpul”a keçmək istədiyini çatdırıb.

22 yaşlı futbolçu 2024/25 mövsümündə Bundesliqada 31 oyun keçirib, 10 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button