“Liverpul” türkiyəli hücumçu ilə maraqlanır

“Yuventus”un hücumçusu Kənan Yıldız “Liverpul”un maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu Məhəmməd Salaha yeni müqavilə təklifi edib, çünki onun mövcud müqaviləsi 2025-ci ilin yayında başa çatır. Amma Salahla yeni müqavilənin taleyi hələ də müəyyən edilməyib və “Liverpul” hücumçusunu əvəzləmək məqsədilə bazarı araşdırır, uzunmüddətli perspektivdə misirli futbolçunu əvəz edəcək oyunçuları tapmağa çalışır.

“Qırmızılar”ın 19 yaşlı Yıldıza marağı var. “Yuventus” türkiyəli oyunçunu 80 milyon avro dəyərləndirir.

Yıldız üçün iddialılar arasında PSJ, “Mançester Yunayted” və Avropanın digər top-klubları da var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button